Mourinyonun keçəl olmasının səbəbi: “Bərbərxanada yuxuya getdim...”
10 fevral 2020 16:21 (UTC +04:00)

Mourinyonun keçəl olmasının səbəbi: “Bərbərxanada yuxuya getdim...”

 

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo saçlarını dibdən qırxdırmasının səbəbini açıqlayıb. 

Lent.az-ın məlumatına görə, o, bunu Londondakı “Haks & Oscar” bərbərxanasında yuxuya getməsi ilə əlaqələndirib.

“Zamanla eksperimentlər etmək xoşuma gəlir. Ancaq bu dəfə bir az fərqli oldu. Bərbərin yanında olarkən yuxuya getdim və oyananda saçlarımın dəhşətli dərəcədə pis göründüyünü anladım. Bundan sonra saçlarımı dibdən qırxmasını xahiş etdim”, -  J.Mourinyo bildirib.

57 yaşlı mütəxəssis gələcək karyerası haqda da danışıb. O, hələ “Tottenhem”dən ayrılmaq fikrində olmadığını bildirib: “Burada özümü xoşbəxt hiss edirəm. Odur ki, yayılan şayiələrə inanmayın”.

Qeyd edək ki, Joze Mourinyo “Tottenhem”in baş məşqçisi postunda Maurisio Poçettinonu əvəzləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715

Oxşar yazılar

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI

12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu  üstələdi

Seriya A debütantı klub rekordunu üstələdi

12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi  məlum oldu

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu

12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı

7 ildən sonra Bundesliqaya qayıtdı

12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol

“Dortmund” - “Bayer” oyununda 6 qol

12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu

“El Klasiko”nun qalibi “Barselona” oldu

11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla  qayıdır

“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır

10 may 2025 , 22:12